5 dekabr 2025. Cümə

Konfrans Liqası: Tottenhem uduzdu, Roma'dan qələbə


Konfrans Liqası: Tottenhem uduzdu, Roma'dan qələbə

Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçiləri “Qarabağ” və “Neftçi” də ilk oyunlarına çıxıb.

“Qarabağ” doğma meydanda Şotlandiyanın “Aberdin”, “Neftçi” isə İsrailinin “Makkabi” (Hayfa) komandasını qəbul edib. “Qarabağ”ın qələbə qazanıbsa, “Neftçi” meydanı  heç-heçə ilə tərk edib.

Türkiyənin “Trabzonspor” klubu bu mərhələdə İtaliya “Roma”sı ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç “canavarlar”ın qələbə qazanıb. Qonşu ölkənin digər təmsilçisi “Sivasspor”un rəqibi isə Danimarkanın “Kopenhagen” komandası olub. Bu oyunda da Türkiyə təmsilçisi məğlubiyyətlə üzləşib.

İngiltərənin “Tottenhem” klubu isə səfərdə Portuqaliya “Pasuş de Fereryra”sının qonağı olub. London klubu da minimal hesabla uduzub.

Avropa Konfrans Liqası
Pley-offun ilk oyunları
19 avqust

Şaxtyor (Qazaxıstan) – Makkabi (Təl-Əviv, İsrail) 1:2

Rakuv (Polşa) – Gent (Belçika) 1:0

KuPS (Finlandiya) – Union Berlin (Almaniya) 0:4

Qarabağ (Azərbaycan) – Aberdin (Şotlandiya) 1:0

Flora (Estoniya) – Şemrok Rovers (İrlandiya) 4:2

LASK (Avstriya) – Sent-Conston (Şotlandiya) 1:1

Hapoel (Beer-Şeva) – Anortosis (Kipr) 0:0

Viktoriya (Çexiya) – ÇSKA (Sofiya, Bolqarıstan) 2:0

Riqa (Latviya) – Linkoln (Cəbəllütariq) 1:1

Neftçi (Azərbaycan) – Makkabi (Hayfa, İsrail) 3:3

Jalgiris (Litva) – Bodo Qlimt (Norveç) 2:2

Fola (Lüksemburq) – Kayrat (Qazaxıstan) 1:4

Trabzonspor (Türkiyə) – Roma (İtaliya) 1:2

Bazel (İsveçrə) – Hammarbü (İsveç) 3:1

Yablonets (Çexiya) – Jilina (Slovakiya) 5:1

Sivasspor (Türkiyə) – Kopenhagen (Danimarka) 1:2

PAOK (Yunanıstan) – Riyeka (Xorvatiya) 1:1

Feyenoord (Niderland) – Elfsborq (İsveç) 5:0

Anderlext (Belçika) – Vitess (Niderland) 3:3

Renn (Fransa) – Rusenborq (Norveç) 2:0

Pasuş de Ferreyra (Portuqaliya) – Tottenhem (İngiltərə) 1:0

Santa Klara (Portuqaliya) – Partizan (Serbiya) 2:1







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü