7 noyabr 2026. Şənbə

Neftçi Makkabi ilə cavab oyununa ciddi itkilərlə çıxacaq


Neftçi Makkabi ilə cavab oyununa ciddi itkilərlə çıxacaq

“Neftçi” Avropa Konfrans Liqasının pley-off mərhələsinin “Makkabi” (Hayfa, İsrail) ilə cavab oyununa ciddi itkilərlə çıxacaq.

Corner.az xəbər verir ki, “ağ-qaralar”ın 3 futbolçusu cəza səbəbindən İsraildə keçiriləcək qarşılaşmada oynaya bilməyəcək. Bunlar Bakıdakı oyunda dubl edən Yusuf Laval, Mamadu Mbodj və İsmayıl Zülfüqarlıdır.

Lavalla Mbodj 3 sarı vərəqəyə, Zülfüqarlı isə ötən gün qırmızı vərəqə ilə meydandan qovulduğu üçün cəzalı duruma düşüb.

“Neftçi” – “Makkabi” (Hayfa) matçı 3:3 hesabıyla bitib. Komandalar arasındakı cavab matçı avqustun 26-da, İsraildə olacaq.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi