5 dekabr 2025. Cümə

Neftçi ilə matçda vəzifəmizi tamamlamalıyıq


Neftçi ilə matçda vəzifəmizi tamamlamalıyıq

"Ötən mövsüm çiyinlərimizdə böyük yük var idi və biz çempionluğu qazandıq. Hazırda da çiyinlərimizdə çox şey var. Cümə axşamı vəzifəmizi tamamlayıb, qrup mərhələsinə yüksəlməliyik".

Corner.az-ın məlumatına görə, bu sözləri İsrailin "Makkabi" (Hayfa) komandasının baş məşqçisi Barak Baxar evdə "Neftçi"yə qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl yerli mətbuata açıqlamasında deyib.

42 yaşlı mütəxəssis cavab qarşılaşmasında komandasına inandığı sözlərini də əlavə edib: "Azarkeşlərimizin dəstəyi ilə istəyimizə çatacağımıza inanıram. Burada oynamağa layiq olduqlarını sübut edən oyunçularımız var. Mərhələni keçmək istəyirik".

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Makkabi" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüş 3:3 hesabı ilə bitib.







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü