- Konfrans liqası
- 02:17 12.12.2025
Şotlandiyanın "Aberdin" klubunun kapitanı Skott Braun Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu barədə fikirlərini bölüşüb.
Corner.az-ın məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi "Eveningexpress"ə bunları söyləyib:
"Azarkeşlərimiz meydanda 12-ci futbolçudur və bizi irəli aparırlar. Onlar komandaya əlavə ruh verir, bu isə oyunçuların xoşuna gəlir. Ümid edirəm ki, cümə axşamı tribunalarda böyük izdiham olacaq.Gənclərin qrup mərhələsinə vəsiqə qazanmaq üçün çalışması əladır. İlk oyundakı meydan qorxunc idi. Amma bunun öhdəsindən gəlməyə məcbur olduq. Şərtlər hər iki komanda üçün eyni idi və görüşdən sonra ot örtüyü ilə bağlı üzr istədilər. Ümid edirəm ki, cavab matçından sonra növbəti mərhələyə vəsiqə qazandığımız üçün onlardan üzr istəyəcəyik".
Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.