18 mart 2026. Çərşənbə

Neftçi'ni keçib tarixə düşməliyik


Neftçi'ni keçib tarixə düşməliyik

"Rəqibin evdəki kimi yaxşı oynayacağına şübhə etmirəm. Müdafiədəki oyunumuzu daha da təkmilləşdirməliyik".

Corner.az-ın məlumatına görə, bunu İsrailin "Makkabi" (Hayfa) klubunun baş məşqçisi Barak Baxar evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis bildirib ki, komandada hər kəs matçın önəmini dərk edir: "Uğurlu nəticə qazanmalı və tarixə düşməliyik. Hər an oynamağa hazır olan 8 müdafiəçimiz var. Bu və ya digər səbəbdən məcburi rotasiya etdikdə səhvlər qaçılmaz olur. Amma bu, daha çox müdafiə xətti ilə bağlıdır".

Qeyd edək ki, avqustun 26-da "Sammi Ofer" stadionunda keçiriləcək "Makkabi" - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk qarşılaşmada heç-heçə qeydə alınıb - 3:3.







Konfrans liqası

"Samsunspor" Konfrans Liqasında tarix yazdı
  • Konfrans liqası
  • 00:08 27.02.2026
"Samsunspor" Konfrans Liqasında tarix yazdı