5 may 2026. Çərşənbə axşamı

Əlimizdən gələni edəcəyik - Aberdin'in baş məşqçisi


Əlimizdən gələni edəcəyik - Aberdin'in baş məşqçisi

Şotlandiyanın “Aberdin” komandasının baş məşqçisi Stiven Qlass Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, 45 yaşlı mütəxəssis, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bütün diqqətimiz bu mərhələdə “Qarabağ”ı keçməyə yönəlib. Sabah axşam oyuna istədiyimiz kimi nəzarət edə bilərik. Futbolçular 90 dəqiqəyə hazırlaşır. Həyəcanlıyıq və oyunu səbrsizliklə gözləyirik. Sabah xüsusi gün olacağını düşünürəm. İstəyimizi gerçəkləşdirsək, bizi nələrin gözlədiyini bilirik. Hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək “Aberdin” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. İlk görüşdə Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi