22 oktyabr 2024. Çərşənbə axşamı

Bakıya qələbə ilə qayıtmaq istəyirik - Harramiz


Bakıya qələbə ilə qayıtmaq istəyirik - Harramiz
"Neftçi”nin hücumçusu Harramiz Suares Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Makkabi”yə (Hayfa, İsrail) qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, 31 yaşlı futbolçu bu gün baş tutan mətbuat konfransında bunları deyib:
 
“Sabah bizi çətin oyun gözləyir. İlk matçda rəqibə 3 qol vurmuşuqsa, burada da bunu bacara bilərik. Buraya məğlub olmağa gəlməmişik. Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirib, Bakıya qələbə ilə qayıtmaq istəyirik.
 
Əvvəlki komandalarımda fərqli sistemlərdə oynamışam. Daha çox sağ və sol cinah yarımmüdafiəçisi, həmçinin hücumçu kimi çıxış edirdim. Bununla belə, “Neftçi”də baş məşqçinin etimadını doğrultmağa çalışıram. Mənim üçün önəmli olan komandaya xeyir verməkdir”.
 
Qeyd edək ki, avqustun 26-da "Sammi Ofer" stadionunda keçiriləcək "Makkabi" - "Neftçi" matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. İlk qarşılaşmada qalib müəyyənləşməyib - 3:3.






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda