4 may 2026. Bazar ertəsi

Qarabağ'ı necə narahat edə biləcəyimizi düşünürük


Qarabağ'ı necə narahat edə biləcəyimizi düşünürük

 Şotlandiya "Aberdin"inin qapıçısı Co Lyuis Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, 34 yaşlı qolkiper, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

 "Mərhələni keçmək əla olardı. Çünki qrupa düşsək, ən azı daha 6 oyun keçirəcəyik və onların üçü evdə olacaq. Bu, azarkeşlərimiz üçün də gözəl hədiyyə sayılır.Biz bunu yaxşı bilirik. Lakin nəzərə alaq ki, son iki turda səviyyəli kollektivlərə qarşı oynamışıq. Rəqibin heyətində keyfiyyətli futbolçular var. Amma buna çox da fikir vermirik. Hazırda "Qarabağ"ı necə narahat edə biləcəyimizi düşünürük".

Qeyd edək ki, bu gün keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə "köhlən atlar" minimal hesablı qələbə qazanıb - 1:0.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi