21 iyun 2026. Bazar günü

Neftçi avrokubokla erkən vidalaşdı


Neftçi avrokubokla erkən vidalaşdı

Azərbaycan çempionu “Neftçi” bu gün Avropa Konfrans Liqasında növbəti matçına çıxıb.

Corner.az xəbər verir ki, Samir Abasovun komandası pley-off mərhələsi çərçivəsində “Makkabi” (Hayfa, İsrail) ilə cavab oyununu keçirib.

Bakıdakı ilk oyunda məhsuldar heç-heçə qeydə alınmışdı – 3:3. Cavab görüşündə isə mərhələ adlamaq istəyən komanda mütləq qələbə qazanmalı idi. Səfərdə 4 cavabsız qolla məğlub olan paytaxt təmsilçisi UEFA Çempionlar Liqası və Avropa Liqasının ardından, Konfrans Liqasında da mübarizəni dayandırıb.

Avropa Konfrans Liqası
Pley-offun cavab oyunu
26 avqust

“Makkabi” (Hayfa) – “Neftçi” 4:0
Qol: S.Menaxem, 20. Ö.Atzili, 45+2. D.Haziza, 52-pen. M.A.Fani, 69.
Baş hakim: Aleksandar Stavrev (Şimali Makedoniya).
Hayfa. “Sammi Ofer” stadionu.
İlk oyun – 3:3.







Konfrans liqası