İsrailin “Makkabi” (Hayfa) komandasının baş məşqçisi Barak Baxar Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyunu ilə bağlı fikirlərini bölüşüb
Corner.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında görüşü belə şərh edib:
“Yaxşı komandaya qarşı oynayırdıq. Matça inamlı başladıq. Nəticə bizim üçün də sürpriz oldu. Dəstəyə görə azarkeşlərə təşəkkürümü bildirirəm. "Neftçi" kimi komandanı udmaq asan deyil. İlk matçda buraxdığımız qollardan sonra ikinci görüşə daha hazır gəldik. Oyunçularıma təşəkkür edirəm. Bu gecə tarix yazdıq”.