7 noyabr 2026. Şənbə

Qarabağ qrup mərhələsində - ardıcıl 8-ci dəfə


Qarabağ qrup mərhələsində - ardıcıl 8-ci dəfə

"Qarabağ” bu gün Avropa Konfrans Liqasında növbəti matçına çıxıb.

Corner.az xəbər verir ki, Qurban Qurbanovun komandası  Şotlandiyada “Aberdin”lə üz-üzə gəlib.

Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qələbə qazanan Ağdam təmsilçisinə mərhələ adlamaq üçün heç-heçə də kifayət edirdi. Amma "köhlən atlar"  daha inamlı hesabla qalib gələrək növbəti mərhələyə vəsiqəni təmin edib .

Beləliklə,  bir dəfə Çempionlar Liqası, altı dəfə Avropa Liqasının qrupunda oynayan “Qarabağ” uğurlu seriyasını davam etdirməyi bacarıb.

Avropa Konfrans Liqası
Pley-offun cavab oyunu
26 avqust

“Aberdin” – “Qarabağ” 1:3
Qol: L.Ferqyusson, 90+2-pen – T.Bayramov, 8. K.Malinovski, 18. A.Zubir, 72.
Baş hakim: Harald Lexner (Avstriya).
Aberdin. “Pittodri” stadionu
İlk oyun – 0:1.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi