22 oktyabr 2024. Çərşənbə axşamı

Konfrans Liqası: Pley-off mərhələsinə yekun vuruldu


Konfrans Liqası: Pley-off mərhələsinə yekun vuruldu

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan təmsilçiləri “Qarabağ” və “Neftçi” də növbəti oyunlarına çıxıb. “Qarabağ” Şotlandiyada “Aberdin”in, “Neftçi” isə İsraildə Hayfa “Makkabi”sinin qonağı olub. Ağdam klubu qələbə qazanaraq mərhələ adlayıbsa, məğlub olan paytaxt təmsilçisi də mübarizəni dayandırıb.

“Trabzonspor” (Türkiyə) klubu səfərdə “Roma”nın qonağı olub və darmadağınla üzləşib. Türkiyənin digər təmsilçisi “Sivasspor” da “Kopenhagen”ə biabırçı hesabla məğlub olaraq mübarizəni dayandırıb.

İngiltərənin “Tottenhem” klubu isə doğma meydanda Portuqaliya “Pasuş de Fereyra”sını qəbul edib. Komandalar arasında Portuqaliyada baş tutan görüşdə “Tottenhem” 0:1 hesabıyla məğlub olmuşdu. Cavab görüşündə 3 cavabsız qola sevinən London klubu, mərhələ adlayan tərəf olub.

Konfrans Liqası, pley-off mərhələsi, cavab oyunları

26 avqust

Kayrat (Qazaxıstan) – Fola (Lüksemburq) 3:1
İlk oyun 4:1

Jilina (Slovakiya) – Yablonets (Çexiya) 0:3
İlk oyun 1:5

Linkoln (Cəbəllütariq) – Riqa (Latviya) 3:1
İlk oyun 1:1

Bude-Qlimt (Norveç) – Jalqiris (Litva) 1:0
İlk oyun 2:2

Anortosis (Kipr) – Hapoel (Beer-Şeva, İsrail) 3:1
İlk oyun 0:0

Roma (İtaliya) – Trabzonspor (Türkiyə) 3:0
İlk oyun 2:1

Kopenhagen (Danimarka) – Sivasspor (Türkiyə) 5:0
İlk oyun 2:1

Elfsborq (İsveç) – Feyenoord (Niderland) 3:1
İlk oyun 0:5

Vitess (Niderland) – Anderlext (Belçika) 2:1
İlk oyun 3:3

Rusenborq (Norveç) – Renn (Fransa) 1:3
İlk oyun 0:2

ÇSKA (Bolqarıstan) – Viktoriya (Çexiya) 3:0
İlk oyun 0:2

Hammarbü (İsveç) – Bazel (İsveçrə) 3:1 (penaltilə 3:4)
İlk oyun 1:3

Makkabi (Hayfa, İsrail) – Neftçi 4:0
İlk oyun 3:3

Makkabi (Təl-Əviv, İsrail) – Şaxtyor (Qazaxıstan) 2:0
İlk oyun 2:1

Gent (Belçika) – Rakuv (Polşa) 3:0
İlk oyun 0:1

Riyeka (Xorvatiya) – PAOK (Yunanıstan) 0:2
İlk oyun 1:1

Sent-Conston (Şotlandiya) – LASK (Avstriya) 0:2
İlk oyun 1:1

Yunion (Almaniya) – KuPS (Finlandiya) 0:0
İlk oyun 4:0

Tottenhem (İngiltərə) – Pasuş de Fereyra (Portuqaliya) 3:0
İlk oyun 0:1

Aberdin (Şotlandiya) – Qarabağ 1:3
İlk oyun 0:1

Şemrok Rovers (İrlandiya) – Flora (Estoniya) 0:1
İlk oyun 2:4

Partizan (Serbiya) – Santa-Klara (Portuqaliya) 2:0
İlk oyun 1:2







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda