22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ hər iki matçda fantastik oynadı


Qarabağ hər iki matçda fantastik oynadı

"İstədiyimiz kimi yaxşı oynaya bilmədik. Rəqib isə hər iki matçda fantastik çıxış etdi. Qrupa ən yaxşı komanda vəsiqə qazandı".

Corner.az-ın məlumatına görə, bunu Şotlandiya "Aberdin"inin kapitanı Skott Braun yerli mətbuata açıqlamasında evdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

36 yaşlı yarımmüdafiəçi buraxılan ilk qoldan sonra komandası ruhdan düşdüyünü bildirib: "Yaxşı oynamağa və rəqib qapısı qarşısında qol epizodları yaratmağa çalışsaq da, bizdə heç nə alınmadı. Qonaqlar ilk qolu vurduqdan sonra həm azarkeşlərimizin dəstəyi, həm də oyunumuzdakı sürət azaldı. Məğlubiyyəti qəbul etmək ağırdır. Amma "Qarabağ"ın səviyyəsinə çatmaq üçün çox çalışmalıyıq. İki komanda arasındakı böyük fərqi hamı gördü. "Qarabağ" əla təşkilatlanmış klubdur. Heyətində yaxşı oyunçular var".

Qeyd edək ki, "Aberdin" Bakıdakı ilk matçda da "Qarabağ"a uduzmuşdu - 0:1.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda