3 may 2026. Bazar günü

Bu komandalarla oyunlarda azarkeş yığa bilməyəcəyik


Bu komandalarla oyunlarda azarkeş yığa bilməyəcəyik

“Qarabağ”ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçrənin “Bazel” komandasının baş məşqçisi Patrik Rahmen açıqlama verib.

Corner.az xəbər verir ki, yerli mətbuata danışan 52 yaşlı mütəxəssis, cəlbedici klublarla eyni qrupa düşmədiklərini və oyunlarda stadiona azarkeş yığa bilməyəcəklərini bildirib: "Təəssüf ki, cəlbedici klublarla eyni qrupa düşmədik.Bundan başqa, uzun səyahətlərdən sonra çempionatda vacib oyunlara çıxmalı olacağıq. Lakin burada müsbət məqamlar da var. Əsas hədəfimiz qrupdan çıxmaq olacaq".

Qeyd edək ki, "Qarabağ" "Bazel"lə yanaşı, Kiprin "Omoniya" və Qazaxıstanın "Kayrat" klubları ilə H qrupunda mübarizə aparacaq.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi