5 dekabr 2025. Cümə

UEFA Qarabağ - Bazel oyunu ilə bağlı Bakıya nümayəndə göndərəcək


UEFA Qarabağ - Bazel oyunu ilə bağlı Bakıya nümayəndə göndərəcək

UEFA "Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyununun keçiriləcəyi stadionla bağlı Bakıya xüsusi nümayəndə göndərəcək.

Corner.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, qitə futbol qurumunun əməkdaşı iki arenanın - Tofiq Bəhramov adına Respublika stadionu və Bakı Olimpiya Stadionunun (BOS) ot örtüyünə baxış keçirəcək: "Məhz bundan sonra görüşün oynanılacağı məkan dəqiqləşəcək. Biz qarşılaşmanın mərkəzi arenada keçirilməsini istəyirik. Amma böyük ehtimalla oyun BOS-a salınacaq".

Qeyd edək ki, sentyabrın 16-da gerçəkləşəcək "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.(report)







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü