7 avqust 2026. Cümə

Qarabağ - Bazel oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək


Qarabağ - Bazel oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək

UEFA Konfrans Liqasının qrup mərhələsinin I turundakı "Qarabağ" - "Bazel" (İsveçrə) oyununun stadionu dəyişdirilib.

Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç daha əvvəl nəzərdə tutulan Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməyəcək.

Görüş Bakı Olimpiya Stadionunda oynanılacaq. Buna səbəb Respublika stadionunun ot örtüyünün istənilən səviyyədə olmamasıdır.

Qeyd edək ki, sentyabrın 16-da gerçəkləşəcək "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.







Konfrans liqası

"Qarabağ" "Dinamo"ya minimal hesabla uduzdu
  • Konfrans liqası
  • 23:03 06.08.2026
"Qarabağ" "Dinamo"ya minimal hesabla uduzdu