22 oktyabr 2024. Çərşənbə axşamı

Bazel'dən Bakı səfəri öncəsi xal itkisi


Bazel'dən Bakı səfəri öncəsi xal itkisi

İsveçrə çempionatında 6-cı turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Bazel” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Luqano”nun qonağı olub. “Qarabağ”ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

“Bazel” 6 turdan sonra 12 xalla 10 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ”ın “Bazel”lə ilk oyunu sentyabrın 16-da Bakıda, ikinci qarşılaşması isə dekabrın 9-da səfərdə baş tutacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda