3 may 2026. Bazar günü

Qarabağ - Bazel oyununun hakimləri açıqlandı


Qarabağ - Bazel oyununun hakimləri açıqlandı

UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda "Qarabağ" və İsveçrə "Bazel"i arasında keçiriləcək oyunun təyinatları bəlli olub.

Corner.az-ın məlumatına görə, qarşılaşma Belçikadan olan hakimlər briqadasına həvalə olunub.

FIFA referisi Erik Lambrextsə, Rin Fanizere və Yo de Veyrdt yan xətt hakimi qismində köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını isə Vim Smet yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi