23 noyabr 2024. Şənbə

Konfrans Liqası: Ermənistan klubu darmadağın oldu


Konfrans Liqası: Ermənistan klubu darmadağın oldu

UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qrup mərhələsinin ilk turuna start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

A qrupunda İsrailin “Makkabi” (Təl-Əviv) klubu doğma meydanda Ermənistan təmsilçisi “Alaşkert”ini qəbul edib. Meydan sahibləri bu oyunda darmadağınla qalib gəlib. E qrupunda isə Hayfa “Makkabi”si (İsrail) Niderlandın “Feyenoord”unu qəbul edib. Bu görüş isə qapılara qol vurulmayıb.

Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” H qrupunda ilk oyununa sentyabrın 16-da çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda İsveçrənin “Bazel” komandasını qəbul edəcək. Qrupun digər matçında Qazaxıstan “Kayrat”ı Kipr “Omoniya”sı ilə qarşılaşacaq.

Qrup mərhələsinin ilk turunun qalan oyunları sentyabrın 16-da keçiriləcək.

Konfrans Liqası, qrup mərhələsi, ilk tur

14 sentyabr

A qrupu

Makkabi (Təl-Əviv, İsrail) – Alaşkert (Ermənistan) 4:1
Qol
: Periça, 13. Kanixovski, 32. Biton, 45+3-pen. Hozez, 72 – Embalo, 17.

E qrupu

Makkabi (Hayfa, İsrail) – Feyenoord (Niderland) 0:0







Konfrans liqası