3 may 2026. Bazar günü

İsveçrə klubu Qarabağ'la oyun üçün Bakıya yollandı


İsveçrə klubu Qarabağ'la oyun üçün Bakıya yollandı

İsveçrənin "Bazel" klubu "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunu üçün Bakıya yola düşüb.

Corner.az-ın məlumatına görə, komanda günorta saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna çatacaq.

Saat 19:30-da Bakı Olimpiya Stadionunda İsveçrə təmsilçisinin baş məşqçisi Patrik Rahmenin mətbuat konfransı, saat 20:00-da isə komandanın matçdan əvvəl son məşqi gerçəkləşəcək.

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi