- Konfrans liqası
- 02:04 08.11.2024
"Qarşıda bizi uzun səyahət gözləyir və hazırlığımızı buna uyğun qurmuşuq. Belə səfərlərin kritik olduğunu düşünürəm".
Corner.az-ın məlumatına görə, bu fikirləri İsveçrənin "Bazel" klubunun meneceri Filipp Kaufmann "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunu barədə "Telebasel" nəşrinə açıqlamasında deyib.
O, pandemiya ilə əlaqədar ehtiyatlı olmalarının gərəkliyini vurğulayıb: "Qalacağımız oteldə digər insanlardan qorunmalıyıq. Son məşq və oyun istisna olmaqla, oteldən çıxmağa icazə verilməyəcək. Azərbaycanda pandemiya ilə bağlı qaydaların bir az sərt olduğunu bilirik. Amma bu, bizə təsir etməməlidir".
Kaufmann Ağdam təmsilçisini analiz etdiklərini də diqqətə çatdırıb: "Rəqibin necə keyfiyyətlərə malik komanda olduğunu bilirik. Onların sərgilədiyi oyun bizim sistemimizlə oxşardır. Yaxşı komanda ilə üz-üzə gələcəyik. "Qarabağ" təsnifat mərhələsində məğlub olmayıb. Çətin qarşılaşma gözləyirik. Buna baxmayaraq, qələbə qazanmaq imkanımız var. Qrupdakı ilk matç bizim üçün çox vacibdir. Turnirdə mümkün qədər irəliləmək niyyətindəyik".
Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.(report)