22 oktyabr 2024. Çərşənbə axşamı

Maksim Medvedev: Bizi ağır oyun gözləyir


Maksim Medvedev: Bizi ağır oyun gözləyir

"Sabah bizi ağır oyun gözləyir. Çox məsuliyyətli matç olacaq".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın kapitanı Maksim Medvedev Bakıda İsveçrə "Bazel"inə qarşı keçirəcəkləri Konfrans Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib.

31 yaşlı futbolçu komandada ab-havanın yaxşı olduğunu bildirib: "Səbrsizliklə bu qarşılaşmanı gözləyirik. İstəyirik ki, özümüzü yaxşı tərəfdən göstərək. Baş məşqçinin tapşırıqlarını yerinə yetirsək, yaxşı nəticə qazana bilərik. Rəqibi analiz etmişik. Bunun üçün yenə də vaxtımız var".

Təcrübəli müdafiəçi Tofiq Bəhramov adına Respublika stadionunda oynamağa öyrəşdikləri sözlərini də əlavə edib: "Ora bizim üçün uğurlu arenadır. Bakı Olimpiya Stadionunda oyunumuz alınmır və nəticə qazana bilmirik. Bu tilsimi qırmaq istəyirik".

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda