- Konfrans liqası
- 02:04 08.11.2024
"İlk oyuna çıxacağıq. Biz həmişə qrupda oynamağı istəmişik. Bu, tam başqa turnirdir. Belə oyunlarda özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. İnanıram ki, sabah futbolçular ağıllı oyun göstərəcək. Bunu onlara güvənərək deyirəm. Belə komandaya qarşı istəkli olmaq çox vacibdir".
Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçıisi Qurban Qurbanov İsveçrə "Bazel"inə qarşı Bakıda keçirləcəkləri Konfrans Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis son vaxtlar İsveçrə futbolu tamam səviyyəyə çatdığını bildirib: "Dünən "Yanq Boyz" "Mançester Yunayted"ə qalib gəlib. Bu ölkənin futbolu bizə tanışdır".
Qurbanov rəqib hücumçu Kabral haqqında fikirlərini bölüşüb: "Rəqib çox sürətli futbol oynayır və müdafiədən hücuma cəld çıxır. Biz analiz edəndə hər komandanın oyun sistemini analiz edir. Daha sonra fərdi oyunçulara keçirik. Kollektiv oyun çox vacibdir. Həm hücumda, həm də müdafiədə bir-birimizə yaxın olmalıyıq. Futbolçularımız hər futbolçuya yaxın olacaq. Kabral cərimə meydançasında daha çox təhlükəlidir. Müdafiəçilərimiz onu yaxından tanıyacaqlar. İnanıram ki, hər oyunçu üçün yaxşı diqqət ayrılacaq".
Təcrübəli mütəxəssis "Neftçi" ilə qarşılaşmada çox güc sərf etdiyini sözlərini də əlavə edib: "İstəyirəm ki, bütün oyunlarımız bu səviyyədə keçsin. Oyunçular meydan amilinə görə daha çox güc sərf etməli oldu. Bu gün komandada bir az yorğunluq var. Amma hər bir halda onların durumuna görə məşq proqramı qurmuşuq. Bizim sabah səhər də məşqimiz olacaq. Qrupdakı ilk oyunda yorğunluq haqqında çox düşünməməliyik. Bu bizim əlimizdə səbəb olmamalıdır. İllərdir ki, bu rejimdə oynayırıq. Mikro zədəli futbolçular var. Sabah komandanın tam heyət olaraq matça hazır olacağına inanıram".
Baş məşqçi millinin oyunlarından sonra futbolçularda psixoloji çətinliklərin yaşandığını vurğulayıb: "Qarabağ"ın futbolçuları digər komandaların oyunçularından daha çox matça çıxır. Futbolçuların nə qədər istirahət etməsi önəmlidir. Milli, çempionat və avrokubok tam başqa səviyyədir. Avrokubokda oynamayanda çempionat oyunlarına köklənmək daha asan olur. Belə amillər məni narahat edir. Psixoloji yorğunluq, fiziki yorğunluğa da gətirib çıxarır. Onlar özlərini maksimum göstərməyə çalışırlar. Bu, futbolçuların borcudur. İbrahima Vadji son matçda yaxşı oynadı. Bu o demək deyil ki, Vadji bizim istədiyim oyunu sərgiləyib. Hər şeyi edəcəyik ki, daha yaxşı oyun göstərsin və kollektivə uyğunlaşsın. Tam fərqli çempionata gəlib. Onun fikizi gücündən və istəyindən razıyam. Bəzi komponentləri yaxşılaşdırmalıyıq. İnanıram ki, bu işguzarlıq çatışmayan cəhətləri arxada qoyacaq. Bu gün "Qarabağ"dakı bütün futbolçulara inanıram. Onlarla fərdi söhbətlərim olur".
Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.