22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'ı yetərincə analiz etmişik - Bazel'in futbolçusu


Qarabağ'ı yetərincə analiz etmişik - Bazel'in futbolçusu

"Bakı çox gözəl şəhərdir. Bakı Olimpiya Stadionu da yaxşı arenadır. Sabahkı matçı səbrsizliklə gözləyirik".

Corner.az-ın məlumatına görə, bu sözləri İsveçrə "Bazel"inin futbolçusu Eray Cömert Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin l tur oyunundan əvvəl mətbuat konfransında deyib.

23 yaşlı müdafiəçi görüşə yaxşı hazırlaşdıqlarını vurğulayıb: "Asan olmayacağını bilirik. Rəqibi yetərincə analiz etmişik. Onların fiziki durumu yüksək səviyyədədir".

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" qarşılaşması saat 20:45-də başlayacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda