22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'la rəqabət aparmaq inkişafımız üçün önəmlidir


Qarabağ'la rəqabət aparmaq inkişafımız üçün önəmlidir

"Qrupda yer almaq almaq maddi qazanc üçün şansdır. "Qarabağ", "Bazel" (İsveçrə) və "Kayrat" (Qazaxıstan) kimi komandalarla rəqabət aparmaq inkişafımız üçün çox önəmlidir".

Corner.az-ın məlumatına görə, bu fikirləri Kiprin "Omoniya" klubunn baş məşqçisi Henninq Berq Qazaxıstanda "Kayrat"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis Kipr çempionatının səviyyəsinin yaxşı olduğunu sözlərini də əlavə edib. Norveçli baş məşqçi avrokuboklarda güclü klublarla qarşılaşmağın onların inkişafına xeyir verəcəyini vurğulayıb.

Qeyd edək ki, bu gün keçiriləcək "Kayrat" - "Omoniya" matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. H qrupunun digər oyununda "Qarabağ" "Bazel"i qəbul edəcək.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda