23 noyabr 2024. Şənbə

Azərbaycandakı bəzi futbolçular Bazel'dəkilərdən daha yaxşıdır


Azərbaycandakı bəzi futbolçular Bazel'dəkilərdən daha yaxşıdır

"Azərbaycanda çox maraqlı təcrübə yaşadım. Kiçik Qəbələ şəhərində yaşayırdım və orada da oynayırdım. Bir ərzaq mağazası və beşulduzlu otel var idi. Bu oteldə bütün əcnəbi futbolçularlar yaşayırdı. Ətrafdakı hər yer məşq meydançası idi".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ" klubunun sabiq futbolçusu Daniel Subotiç "Bazonline" nəşrinə müsahibəsində deyib.

32 yaşlı hücumçu "Azərbaycandan özünüzlə nə götürdünüz" sualını belə cavablandırıb: "Kiçik şeylərdən razı qala bilərəm. Üstəlik, bu ölkədə zəif cəhətlərim, fiziki görkəmim üzərində çox çalışdım. Hələ də bunlardan əl çəkməmişəm".

Subotiç Azərbaycan dilini öyrənmədiyini söyləyib: "Salam-sağ ol" sözləri artıq ağlıma gəlmir".

İsveçrəli oyunçu "Qarabağ"ın bu gün UEFA Konfrans Liqasında qarşılaşacağı "Bazel" haqqında da danışıb: "Bu oyunda "Bazel" üçün müəyyən maneələrin olması mümkündür. Qalan hər şey məni təəccübləndirə bilər. Azərbaycandakı futbolçular texniki cəhətdən çox yaxşıdır. Hətta "Bazel"in heyətindəki hər bir oyunçuya nəzərən fərdi baxımdan yaxşı olanları da var".

Qeyd edək ki, "Bazel"in yetirməsi olan Daniel Subotiç 2013-2014 və 2017-ci illərdə "Qəbələ"nin formasını geyinib. Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Bazel" oyunu saat 20:45-də başlayacaq.







Konfrans liqası