22 oktyabr 2024. Çərşənbə axşamı

Kurban Berdıyev Qarabağ'ı zəif rəqib olaraq görmür


Kurban Berdıyev Qarabağ'ı zəif rəqib olaraq görmür

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Kayrat”ın (Qazaxıstan) baş məşqçisi Kurban Berdıyev açıqlama verib.

Corner.az xəbər verir ki, Berdıyev, “Qarabağ”ın zəif rəqib olmadığını deyib:

“Bizi Konfrans Liqasında ağır oyunlar gözləyir. Beynəlxalq matçlara görə yaranmış fasilə səbəbindən komanda işi baxımından müəyyən problemlərimiz var. Amma düşünürəm ki, “Omoniya” ilə oyuna hazırıq.

Qarşımızda müəyyən vəzifə durur. Oyunlara mərhələli şəkildə hazırlaşırıq. Bu turnirdəki komandaların Avropa Liqasında olanlardan daha zəif olduğunu deməzdim. Məsələn, “Bazel” Çempionlar Liqası səviyyəsində komandadır, amma Konfrans Liqasında oynayır. Buna görə də, turnirdə güclü və zəif iştirakçılar olduğunu söyləmək çətindir”.

Bu gün keçiriləcək “Kayrat” – “Omoniya” (Kipr) matçı saat 18:30-da başlayacaq. “Qarabağ” isə “Bazel”lə (İsveçrə) qarşılaşacaq. Oyun saat 20:45-də start götürəcək.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda