7 noyabr 2026. Şənbə

UEFA Qarabağ'a 3, Neftçi'yə 1 milyon avro ödədi


UEFA Qarabağ'a 3, Neftçi'yə 1 milyon avro ödədi

UEFA cari mövsümdə avrokuboklarda iştirak edən “Neftçi” və “Qarabağ” klublarına ödəniş edib.

Corner.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. UEFA tərəfindən ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə qeyd olunan klubların hesabına köçürülüb.

“Qarabağ”a 3 milyon, “Neftçi”yə isə 1 milyon 210 min avro ödənilib.

“Qarabağ” hazırda Konfrans Liqasının H qrupunda “Bazel” (İsveçrə), “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə mübarizə aparır. Ağdam təmsilçisi ilk oyunda “Bazel”lə qolsuz bərabərə qalıb.

“Neftçi” isə avrokuboklarda mübarizəni dayandırıb. “Ağ-qaralar” Çempionlar Liqasında “Olimpiakos”a (Yunanıstan), Avropa Liqasında HJK-ə (Finlandiya), Konfrans Liqasında isə “Makkabi”yə (Hayfa, İsrail) uduzub







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi