7 noyabr 2026. Şənbə

Qarabağ'ın legioneri 6 aylıq sıradan çıxıb


Qarabağ'ın legioneri 6 aylıq sıradan çıxıb

Bakıda İsveçrə "Bazel"inə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk tur oyununda zədələnən "Qarabağ"ın futbolçusu Xayme Romeronun durumuna aydınlıq gəlib.

Klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin verdiyi məlumata görə, ispaniyalı yarımmüdafiəçi ön çarpaz bağlarından xəsarət alıb.

Abbaszadə 31 yaşlı oyunçunun əməliyyat olunacağını və ən azı 5-6 ay yaşıl meydanlardan kənarda qalacağını söyləyib.

Romero oyunun 45-ci dəqiqəsində ikili mübarizə zamanı zədələnib və fasilədə Marko Veşoviçlə əvəzlənib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.(report)







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi