"Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges Malinovski Avropa Konfrans Liqasının qrup mərhələsində keçirdikləri ilk matçla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, 25 yaşlı legioner ötən gecə İsveçrənin “Bazel” komandasına qarşı oyundan sonra sosial şəbəkə hesabında bu sözləri yazıb:
“Uşaqlıq xəyallarını gerçəkləşdirmək necə də xoşdur. Bu gün ilk avrokubok matçıma çıxdım. Necə də gözəl hisslərdir. Buna nail olmaq asan olmadı. Amma bütün məşqlərə, çətin anlara, göz yaşlarına görə Allaha şükür edirəm. Hər şeyə görə Allahıma və həmişə yanımda olduğu üçün ailəmə təşəkkür edirəm”.
“Qarabağ” – “Bazel” matçında qol vurulmayıb – 0:0. Braziliyalı futbolçu bu yaydan Ağdam klubunda çıxış edir.