7 noyabr 2026. Şənbə

Qarabağ'la oyun çox vacibdi


Qarabağ'la oyun çox vacibdi

"Qol vurmaq və qələbə qazanmaq üçün şanslarımız oldu".

Corner.az-ın məlumatına görə, bunu Kiprin "Omoniya" klubunun çexiyalı futbolçusu Yan Letsyaks UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda Qazaxıstanda "Kayrat"la qolsuz he-heçə etdikləri oyun barədə danışarkən deyib.

31 yaşlı müdafiəçi Qarabağ'la matçın çox vacib olduğunu bildirib: "Evə bir xalla qayıtdıq. Qol vurmaq üçün fürsətlər əldə etsək də, son nöqtəni qoya bilmədik. İsveçrə "Bazel"i qrupumuzun favoritidir. Digər üç komanda da pley-offa vəsiqə uğrunda mübarizə aparacaq. "Qarabağ"a qarşı növbəti matçımız çox vacibdir".

Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək "Omoniya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Ağdam təmsilçisi ilk turda evdə "Bazel"lə qolsuz heç-heçəyə razılaşıb.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi