18 mart 2026. Çərşənbə

Qarabağ'ın rəqibinə bir qol bəs etdi


Qarabağ'ın rəqibinə bir qol bəs etdi

Futbol üzrə Qazaxıstan çempionatında 21-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Avropa Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Kayrat” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Qızıljar”ı qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

“Kayrat” bu qələbədən sonra 40 xalla 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ”la “Kayrat” qrupda ardıcıl – 3 və 4-cü turlarda qarşılaşacaq. İlk oyun oktyabrın 21-də, ikinci oyun noyabrın 4-də keçiriləcək.







Konfrans liqası

"Samsunspor" Konfrans Liqasında tarix yazdı
  • Konfrans liqası
  • 00:08 27.02.2026
"Samsunspor" Konfrans Liqasında tarix yazdı