3 may 2026. Bazar günü

Qarabağ'ın rəqibindən əzmkar qələbə


Qarabağ'ın rəqibindən əzmkar qələbə
Kipr çempionatında 3-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Doxa”nı qəbul edib. “Qarabağ”ın rəqibi bu oyunda əzmkar qələbə qazanıb – 2:1. 73-cü dəqiqədə qapısından qol buraxan, 85-ci dəqiqədə azlıqda qalan meydan sahibləri, qələbəni 90+3 və 90+8-ci dəqiqələrdə vurduğu qollarla qazanıb.
 
“Omoniya” 3 turdan sonra 3 xalla 12 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
 
Qeyd edək ki, “Qarabağ”ın “Omoniya” ilə ilk oyunu sentyabrın 30-da səfərdə, ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda baş tutacaq.






Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi