- Konfrans liqası
- 07:19 19.12.2025
İsveçrənin “Bazel” klubunun prezidenti David Degen Bakıda “Qarabağ”a qarşı keçirdikləri UEFA Konfrans Liqasının oyununda komandasının çıxışından narazı qalıb.
Corner.az xəbər verir ki, bu barədə İsveçrə mətbuatı məlumat yayıb.
Məlumatda, klub rəsmisi matçdan sonra futbolçuları bir araya toplayaraq, onlarla ciddi söhbət etdiyi vurğulanıb. Degen komandanın sərgilədiyi oyunu bəyənməyib və futbolçularla əsəbi halda danışıb.
“Qarabağ” – “Bazel” matçı 0:0 hesabıyla bitib.