22 sentyabr 2026. Çərşənbə axşamı

Qarabağ'ın rəqibi inamlı qələbə ilə zirvədə


Qarabağ'ın rəqibi inamlı qələbə ilə zirvədə

 İsveçrə çempionatında 7-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Bazel” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Senkt-Qallen”in qonağı olub. “Qarabağ”ın rəqibi bu oyunda inamlı qələbə qazanıb – 2:0

“Bazel” 7 turdan sonra 15 xalla 10 kollektiv arasında zirvədə qərarlaşıb.

“Qarabağ” “Bazel”lə Bakıda baş tutan ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə baş tutacaq.







Konfrans liqası

“Xetafe” və “Reyncers”dən qələbə
  • Konfrans liqası
  • 02:11 21.08.2026
“Xetafe” və “Reyncers”dən qələbə