18 mart 2026. Çərşənbə

Kipr klubu Qarabağ'la oyunun biletlərini satışa çıxarır


Kipr klubu Qarabağ'la oyunun biletlərini satışa çıxarır

Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur matçı üçün biletlər sentyabrın 24-dən satışda olacaq.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qiymətlər sektorlara uyğun olaraq 5 avro və 125 avro arasında dəyişir. Uşaqlar üçün ən ucuz biletin qiyməti 5 avro, yeniyetmələr üçün 10 avro, böyüklər üçün isə 20 avrodur.

Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək "Omoniya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Ağdam təmsilçisi ilk turda evdə İsveçrə "Bazel"i ilə qolsuz heç-heçə edib.







Konfrans liqası

"Samsunspor" Konfrans Liqasında tarix yazdı
  • Konfrans liqası
  • 00:08 27.02.2026
"Samsunspor" Konfrans Liqasında tarix yazdı