22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'ın rəqibində koronavirusa yoluxma halları aşkarlandı


Qarabağ'ın rəqibində koronavirusa yoluxma halları aşkarlandı

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Qazaxıstan "Kayrat"ının 2 futbolçusunda koronavirus aşkarlanıb.

Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, Almatı təmsilçisinin yarımmüdafiəçiləri Andrey Ulşin və Arsen Burançiyevdən götürülmüş analiz nəticələri pozitiv çıxıb. Qazaxıstanın U-21 yığmasının düşərgəsində infeksiyaya yoluxan hər iki oyunçu karantinə alınıb.

Onlar Karaqanda "Şaxtyor"u və "Akjayik"lə çempionat oyunlarını, eyni zamanda İsveçrə "Bazel"i ilə Konfrans Liqasının qrup matçında çıxış etməyəcəklər.

Qeyd edək ki, "Kayrat" H qrupundakı ilk görüşündə evdə Kipr "Omoniya"sı ilə qolsuz heç-heçə edib. Kurban Berdıyevin baş məşqçi olduğu komandanın "Bazel"lə görüşü sentyabrın 30-da gerçəkləşəcək. Oktyabrın 21-də isə "Kayrat" Bakıya səfər edəcək.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda