22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'ın rəqibində daha bir itki


Qarabağ'ın rəqibində daha bir itki

Kipr "Omoniya"sının daha bir futbolçusu "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup matçını buraxacaq.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, uzun müddətdir zədədən əziyyət çəkən kiprli  futbolçusu Yannis Kusulosun Ağdam təmsilçisi ilə ev matçında komandasına kömək edə bilməyəcəyi dəqiqləşib.

25 yaşlı müdafiəçinin sıraya nə vaxt dönəcəyi barədə hələlik məlum deyil.

Daha əvvəl Nikosiya təmsilçisində ABŞ-dan olan yarımmüdafiəçi Miks Diskerudun "Qarabağ"la görüşdə iştirak etməyəcəyi açıqlanıb.

Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək "Omoniya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda