3 may 2026. Bazar günü

Qarabağ'ın rəqibindən inamlı qələbə


Qarabağ'ın rəqibindən inamlı qələbə
İsveçrə çempionatında 8-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Bazel” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Sürix”i qəbul edib. “Qarabağ”ın rəqibi bu oyunda inamlı qələbə ilə ayrılıb - 3:1.
 
“Bazel” 8 turdan sonra 18 xalla 10 kollektiv arasında zirvədə qərarlaşıb.
 
“Qarabağ” “Bazel”lə Bakıda baş tutan ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə baş tutacaq.






Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi