- Konfrans liqası
- 02:04 08.11.2024
"Nəticə ədalətli deyil. Oyunda dominantlıq edən tərəf biz idik. Yaxşı fürsətlərdən yararlana bilmədik. Heç-heçə bizi məyus etdi. Daha çox işləməliyik".
Corner.az-ın məlumatına görə, bunu Kipr "Omoniya"sının futbolçusu Panayotis Zaxaryu ölkə çempionatının IV turunda "Pafos"la 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmadan sonra deyib.
25 yaşlı hücumçu bundan sonra bütün diqqətlərini evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup matçına yönəldəcəklərini bildirib: "Bizi qarşıda avrokubok görüşü, həmçinin "Olimpiakos"la çempionat oyunu gözləyir. Hər iki qarşılaşmaya qələbə üçün çıxacağıq. Əsəs hədəfimiz liqada çempionluqdur. Amma Avropada da ən yaxşısı üçün çalışacağıq. Qrupdan çıxmaq üçün meydanda bütün gücümüzü ortaya qoyacağıq".
Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.