3 may 2026. Bazar günü

Omoniya - Qarabağ oyununun hakimləri açıqlanıb


Omoniya - Qarabağ oyununun hakimləri açıqlanıb

UEFA Konfrans Liqasının qrup mərhələsində Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında keçiriləcək II tur oyununun hakimləri müəyyənləşib.

Corner.az-ın məlumatına görə, oyun şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Bobbi Maddenə yan xətt hakimləri qismində Devid Rum və Alan Malvenni köməklik göstərəcək. Dördüncü hakim Kreyq Napyer olacaq.

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi