22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'ın səfər proqramı bilindi


Qarabağ'ın səfər proqramı bilindi

Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda “Omoniya”nın qonağı olacaq “Qarabağ” komandası bu gün Kiprə yollanacaq.

Corner.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sentyabrın 29-da, yerli vaxtla saat 19:10-da (Bakı vaxtı ilə 20:10) mətbuat konfransında iştirak edəcək. Media nümayəndələri üçün açıq məşq (15 dəqiqə) isə yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 20:30) matçın oynanılacağı GSP stadionunda olacaq.

“Omoniya” – “Qarabağ” matçı sentyabrın 30-da GSP stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda