23 noyabr 2024. Şənbə

Qarabağ'ı udsaq, qrupdan çıxma ehtimalımız artacaq


Qarabağ'ı udsaq, qrupdan çıxma ehtimalımız artacaq

"Qarabağ"la oyunda işimiz çətin olacaq. Çempionatdakı ilk matçlarda yaxşı çıxış etməmişik və komandamızda geriləmə var".

Corner.az-ın məlumatına görə, bu fikirləri Kiprin "Omoniya" klubunun sabiq futbolçusu Andreas Kanaris UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur oyunu barədə "24sports"a açıqlamasında deyib.

Kanaris heyətdəki bir neçə əsas futbolçunun zədə səbəbindən meydana çıxmayacağını xatırladıb: "Onların tezliklə sağalacağına ümid edirəm. I turda Qazaxıstanda "Kayrat"a qarşı daha yaxşı oynamaq mümkün idi. Ancaq heç-heçə də pis nəticə deyil. Sabah isə "Qarabağ"ı məğlub etmək vacibdir. Bu, baş versə, növbəti mərhələyə vəsiqəni 70-80 faiz təmin edəcəyik".

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Konfrans liqası