22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'la oyun bizim üçün vacibdir - Omoniya'nın kapitanı


Qarabağ'la oyun bizim üçün vacibdir - Omoniya'nın kapitanı

Kiprin “Omoniya” komandasının kapitanı Xordi Qomes Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, 36 yaşlı futbolçu, bu gün keçirilən mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün vacib oyundur. Amma sabahkı görüşü kritik adlandırmazdım. Yaxşı nəticə qazanmaq istəyirik. Əvvəlki iki mövsümdən sonra tələblər böyüyüb. Uğur qazandıqca, hədəflərin böyüməsi normaldır. Çempionatda cəmi 3 oyun keçirdikdən sonra qrup matçına çıxdıq. Buna baxmayaraq, qarşıdakı oyunda komandamıza inanıram”.

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda baş tutacaq “Omoniya” – “Qarabağ” matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda