22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'dan Kiprdə möhtəşəm qələbə


Qarabağ'dan Kiprdə möhtəşəm qələbə

Avropa Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.

Corner.az xəbər verir ki, turnirdə Azərbaycanı yeganə təmsil edən "Qarabağ” Kiprdə “Omoniya” ilə qarşılaşıb.

İlk turda İsveçrə “Bazel”i ilə qolsuz heç-heçə edən Qurban Qurbanovun komandası ilk səfərdən də xalla dönməyi bacarıb. Ağdam təmsilçisi bu oyunda əzmkar qələbə qazanıb.

Qrupun digər oyununda “Bazel” və “Kayrat” komandaları üz-üzə gəlib. Altı qolun qeydə alındığı bu oyunda isə İsveçrə təmsilçisi qalib gəlib – 4:2.

İki turdan sonra “Qarabağ”la “Bazel” 4 xalla ilk iki pilləni bölüşür. “Kayrat”la “Omoniya”nın isə 1 xalı var.

Avropa Konfrans Liqası
H qrupu
30 sentyabr

“Omoniya” – “Qarabağ” 1:4
Qol: Y.Letsyaks, 40 – K.Malinovski, 52; 90+4. R.Şeydayev, 73. M.Medvedev, 79-pen.
Baş hakim: Bobbi Madden (Şotlandiya).
Nikosiya. GSP stadionu.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda