22 oktyabr 2024. Çərşənbə axşamı

Qurban Qurbanov Omoniya üzərində qələbəni şərh etdi


Qurban Qurbanov Omoniya üzərində qələbəni şərh etdi
Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasında qrup mərhələsinin 2-ci turu çərçivəsində “Omoniya”ya (Kipr) qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, təcrübəli mütəxəssis 4:1 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
 
“Futbolçulara əzmkar mübarizəyə görə təşəkkür edirəm. Yaxşı mübarizə apardıq. Düzdür, ilk hissədə hesabda geri düşdük. Ancaq futbolçular sona qədər mübarizə apardılar. İlk hissədə də qol epizodlarımız oldu, amma heç birindən yararlana bilmədik. Əvəzində adi bir anlaşılmazlıq qapımıza vurulan qolla nəticələndi. Halbuki, oyundan öncə də futbolçulara standart vəziyyətlərdə çox diqqətli olmağı tapşırmışdıq. Buraxılan qola görə futbolçular ruhdan düşmədilər və ikinci hissədə oyunda dönüş yarada bildilər. İkinci hissə daha sürətli alındı”.






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda