5 dekabr 2025. Cümə

Qarabağ'ın səviyyəsini gördük - Omoniya'nın baş məşqçisi


Qarabağ'ın səviyyəsini gördük - Omoniya'nın baş məşqçisi

"Oyuna istədiyimiz kimi başladıq. İlk hissədəki mübarizədən razıyam. İkinci yarıda 2 şanssız qol buraxdıq. Bundan sonra hesab daha da böyüdü. Bəxtimiz gətirmədi"

Corner.az-ın məlumatına görə, bu fikirləri Kiprin "Omoniya" klubunun baş məşqçisi Henninq Berq evdə "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup oyunundan sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis Ağdam klubunun keyfiyyətli kollektiv olduğunu bildirib: "Rəqibin səviyyəsini gördük. Hazırda qrupun dördüncü komandasıyıq,vəziyyət daha çətindir. Komandanın inkişafı üçün çalışırıq. “Qarabağ” və “Bazel” uzun illərdir ki, avrokuboklarda çıxış edir. Biz də yaxşı işlər görmüşük, amma yetərli deyil".(report)







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü