5 dekabr 2025. Cümə

Qarabağ'a məğlubiyyətdən dərs çıxarmalıyıq


Qarabağ'a məğlubiyyətdən dərs çıxarmalıyıq

"İlk hissədə kifayət qədər yaxşı oynadıq, hətta hesabı da açdıq. Amma ikinci yarıda qolu buraxdıqdan sonra vəziyyət dəyişdi və məğlub olduq".

Corner.az-ın məlumatına görə, bunu Kipr "Omoniya"sının futbolçusu Paris Psaltis evdə "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup oyunundan sonra deyib.

Kiprli müdafiəçi bu məğlubiyyətdən dərs çıxarmalı olduqlarını bildirib: "Səhvlərimizi analiz etməliyik. Qarşıda bizi "Olimpiakos"la vacib oyun gözləyir. Hədəf hər oyunda qalib gəlməkdir".







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü