18 mart 2026. Çərşənbə

Bu hissləri sözlə ifadə etmək mümkün deyil


Bu hissləri sözlə ifadə etmək mümkün deyil

"Həyatımda baş verənlərə görə Tanrıya minnətdaram".

Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges özünün şəxsi "İnstaqram" hesabında yazıb.

Kiprdə "Omoniya"ya 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup oyununda dubl edən 25 yaşlı braziliyalı yarımmüdafiəçi bu hissləri sözlə ifadə etməyin mümkün olmadığını bildirib: "Belə anlar mənim qəlbimə həkk olunur. Çox gözəl komandamız və ailəmiz var".

Qeyd edək ki, Kadi Borges "Omoniya" ilə matçın 52 və 90+4-cü dəqiqələrində fərqlənib. Onun oyundakı ilk qolu II turun ən yaxşısı seçilib.







Konfrans liqası

"Samsunspor" Konfrans Liqasında tarix yazdı
  • Konfrans liqası
  • 00:08 27.02.2026
"Samsunspor" Konfrans Liqasında tarix yazdı