5 dekabr 2025. Cümə

Qarabağ'ın rəqibindən inamlı qələbə


Qarabağ'ın rəqibindən inamlı qələbə
Qazaxıstan çempionatında 23-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Avropa Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Kayrat” da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda “Akjayik”i qəbul edib. “Qarabağ”ın rəqibi bu oyunda inamlı qələbə qazanıb - 3:1.
 
“Kayrat” bu qələbədən sonra 44 xalla 14 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
 
“Qarabağ”la “Kayrat” qrupda ardıcıl – 3 və 4-cü turlarda qarşılaşacaq. İlk oyun oktyabrın 21-də, ikinci oyun noyabrın 4-də keçiriləcək.






Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü